Həmyerlisini öldürən Beyləqan sakini tutulub.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən evrdiyi məlumata görə, martın 7-də Beyləqan rayonunun 1-ci Şahsevənli kəndində kənd sakini Şəhriyar Baxşəliyev münaqişə zəminində həmkəndlisi Hümbət Abdullayevi itələyərək yıxıb. H. Abdullayevin başı daşa dəydiyindən hadisə yerində ölüb.
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Baxşəliyev tutulub.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin