Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Beynəlxalq axtarışda olan şəxs Livanda tutularaq Azərbaycana ekstradisiya edilib
Ədliyyə Nazirliyi tərəfindən müxtəlif cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən şəxslərin ölkəmizə gətirilməsi ilə bağlı xarici dövlətlərin aidiyyəti qurumları ilə ikitərəfli səviyyədə və müxtəlif beynəlxalq platformalar çərçivəsində sıx işgüzar fəaliyyət davam etdirilir.
Bu barədə Ədliyyə Nazirliyi Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, təkcə bu il ərzində 14 nəfər şəxs Böyük Britaniyadan, Almaniyadan, Polşadan, Belarusdan, Moldovadan, habelə tranzit üçün Avropa ölkələrindən razılıq əldə edilərək Ukraynadan ölkəmizə ekstradisiya olunub.
Bundan əlavə, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (AR Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilmiş Samir Həsənovun yeri Livan Respublikasında müəyyən olunub və o həbs edilib.
Bununla əlaqədar, nazirlik tərəfindən həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı müvafiq sorğu göndərilib, Livanın səlahiyyətli orqanları ilə danışıqlar aparılıb və beynəlxalq prosedurlara əsasən bütün tələb olunan sənədlər təqdim edilərək Livan tərəfi onun təslim edilməsinə müsbət qərar verib.
Livandan birbaşa uçuş reysi olmadığından ekstradisiya olunan şəxsin Türkiyə vasitəsilə tranzit olaraq Azərbaycana gətirilməsi barədə qardaş ölkə ilə razılığa gəlinib. Nəticədə axtarışda olan şəxs noyabrın 28-də Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada terror aktı törədən islamofob şəxslə bağlı yeni detallar AÇIQLANDI
- Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verdi
- Ştaynmayer Almaniya Parlamentinin buraxılma tarixini açıqladı
- Almaniyada Şolts hökumətinə son: Erkən seçim prosesi başladı
- Almaniyada siyasi böhran: Bundestaq Şolts hökumətinin taleyini həll edəcək
Rəylər