“Özümdən çox istədiyim qardaşıma ev verdim, ailəmi dağıtdı. Çəkilib bir kənarda yaşayırdım, amma yenə məndən əl çəkmirdi. Deyirdim, get, özün üçün yaşa”.
Bunu ARB TV-nin “Rezonans” proqramında öz həyat hekayəsini danışan Vəliyev Şahbaz Əmiraslan oğlu deyib.
“Hamıya nəsihət verirdim ki, şər-xətadan, cinayətdən, qardaşımdan uzaq olun. Bu dəfə qardaşım məni elə yerdə, içkili vəziyyətdə yaxaladı, elə söyüşlər söydü ki, cinayətdən qaça bilmədim.
Əsəbimi cilovlaya bilmədim, əlimi bıçağa atdım, dünya gözümdə qaraldı. Hadisəni törədəndə o ölməmişdi. İçəridə olanda xəbər gəldi ki, ölüb. Üç övladım var, bacılarım yanıma gəlirlər”.