Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Biləsuvarda qan davası: 19 yaşlı oğlan bıçaqlandı
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Aranlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, mikroavtobusda rayonun Çinarlı kənd sakini, 2001-ci təvəllüdlü Orxan Abdullazadə həmkəndlisi və qohumu, 2006-cı il təvəllüdlü Vadər Həmidlini bıçaqlayıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 25-də saat 11 radələrində Biləsuvar rayonu ərazisində 2006-cı il təvəllüdlü V.Həmidliyə kəsilmiş-deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisəni törədən və zərərçəkən yaxın qohumlardır. Bıçaqlanan V.Həmidlinin atası 1975-cil il təvəllüdlü Cavid Həmidov 2023-cü ildə bacısının həyat yoldaşı və O.Abdullazadənin atası, 1972-ci il təvəllüdlü Əsgər Abdullayevi güllələyərək qətlə yetirib.
Rəylər