Biləsuvarda göyərçin oğrusu ələ keçib.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da rayon sakini Arzuman Bayramzadəyə məxsus yardımçı təsərrüfatdan 30 göyərçin oğurlamış həmyerlisi Vüsal Heydərli tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 30-da Ruqiyyə Məmmədovanın həyətindən 17 göyərçin oğurlaması da müəyyən edilib.