Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Xorvatiya Respublikası və Sloveniya Respublikasına rəsmi səfərə gedib.
Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, müdafiə naziri Xorvatiya Respublikasının müdafiə naziri Ante Kotromanoviçin dəvətilə martın 10-dan 12-dək Xorvatiyada və Sloveniya Respublikasının müdafiə naziri Yanko Veberin dəvətilə martın 12-dən 14-dək Sloveniyada olacaq.
Səfər çərçivəsində hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.