Martın 15-də Biləsuvar rayon sakini Elmar Hümmətli Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində kirayədə yaşadığı evdə qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Gəncə şəhər sakini Leyla Əliyevaya bıçaqla xəsarət yetirib.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hümmətli tutulub.