Mart ayının 1-nə kimi heyvandarlıq məhsullarından diri çəkidə ət istehsalı keçən ilin müvafiq dövrünə nisbətən 1,4 min ton, yaxud 1,9% artaraq 72,3 min ton, süd istehsalı 11,5 min ton və ya 4,3% artaraq 279,4 min ton, yumurta istehsalı 17,1 milyon ədəd, yaxud 7,1% artaraq 257,6 milyon ədəd, bitkiçilik məhsullarından isə 226 ton və ya 6,0% çox tərəvəz istehsal edilib.
Komitədən Oxu.Az-a verilən məlumata görə, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 3,5%, heyvandarlıq məhsulları istehsalı 3,1%, kənd təsərrüfatının ümumi məhsulu 3,1% artıb.
Qeyd edək ki, 2015-ci ilin martın 1-nə olan məlumata görə, 47,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 1031 hektar sahədə dənli və dənli paxlalılar, 11,0 min hektar sahədə kartof, 7,3 min hektar sahədə tərəvəz, 28,3 min hektar sahədə çoxillik otlar əkilib.