1998-ci il dünya çempionu, Madridin “Real” komandasının və Fransanın yığmasının sabiq oyunçusu Kristian Karambe Bakıda səfərdədir.
Oxu.Az xəbər verir ki, o, Azərbaycanın paytaxtına Avropa Oyunları çərçivəsində keçiriləcək çimərlik futbol turnirinin püşkatma mərasimində iştirak etmək üçün gəlib. Karambe FİFA-nın çimərlik futbolu üzrə səfiridir.
“Bakıda olmağa çox şadam, bura mənim xoşuma gəlir. Bakı Avropa Oyunlarına çox güclü hazırlaşıb. Əminəm ki, hər şey yüksək səviyyədə keçəcək” - dünya çempionu bəyan edib.
F.H.
www.oxu.az