Bakıda xarici vətəndaşı qarət etmiş şəxs tutulub.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də Avstraliya vətəndaşı Dunlop Anryuv Rolandın 150 manatını və sənədlərini soyğunçuluq yolu ilə almış Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Namaz Bəkirov tutulub.