Aprelin 2-də Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Elnur Rzayevə məxsus mağazaya gəlmiş naməlum şəxs açıq talama yolu ilə oradan qızıl əşyalar aparıb.
DİN-dən Oxu.Az-a verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İlqar Hacıağa tutulub. Ondan 0,18 qram heroin götürülüb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 1-də həmin qəsəbə sakini Könül Cavadovaya məxsus içərisində 200 manatı və qızıl sırğası olan çantasını oğurlaması da müəyyən edilib.