Bakı şəhəri, Xətai rayonu ərazisində yaralandığı bildirilən şəxsin bir neçə il əvvəl aldığı güllə xəsarəti ilə bağlı xəstəxanaya aparıldığı məlum olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Vidadi Rüstəmovun sol bud nahiyəsindən aldığı güllə yarasında ağrılar şiddətlənib və o, xəstəxanaya müraciət etməli olub.
“Hazırda Vidadi Rüstəmov evindədir və onun vəziyyəti yaxşıdır”, - deyə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
02:00
Bakının Xətai rayonu ərazisində silahlı insident olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, 1957-ci il təvəllüdlü Rüstəmov Vidadi Mahmud oğlu Naximov küçəsi, ev 14 ünvanında güllələnib.
O, sol bud nahiyəsindən güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.
Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az