İnterpol daha bir azərbaycanlını axtarışa verib.
Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, 1959-cu ildə Sumqayıt şəhərində anadan olan Şahin Abdullayev oğurluqda təqsirləndirilir.
Azərbaycanın məhkəmə orqanı Ş.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçib və istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edib.
Məhkəmənin qərarına əsasən, Ş.Abdullayev beynəlxalq axtarışa verilib.
Z.Q.