Milli Şuranın sədri Cəmil Həsənli Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ifadə verib.
Oxu.Az xəbər verir ki, o, şahid qismində ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, C.Həsənli Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə sorğu-sual edilib.
Milli Şuranın sədri Cəmil Həsənli dindirilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb.
Oxu.Az-ın məlumatına görə, onun Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə şahid qismində dindirilməsi üçün çağırıldığı məlum olub.
Qeyd edək ki, o bu gün guya "qızının ailəvi tədbiri ilə bağlı" həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş, lakin aeroportda onun çıxışına qadağa qoyulduğu məlum olub.