Azərbaycan cüdoçusu Uşanqi Kokauri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, idmançı +100 kq çəkidə üçüncü yeri tutub.
O, həlledici görüşdə Niderland təmsilçisi Yur Spaykersi ipponla məğlub edib.
Yığmanın digər üzvləri - Əhməd Yusifov (60 kq), Murad Fətiyev (90 kq) və Camal Qamzatxanov (+100 kq) turniri 5-ci yerdə başa vurublar.
Qeyd edək ki, ilk üç qarşılaşmasında qələbə qazanan Murad Fətiyev zədələndiyi üçün yarımfinal mərhələsində mübarizəni davam etdirə bilməyib.