Qanunla qadağan olunmuş təriqətlərdən birini təbliğ etdiklərinə görə altı Sumqayıt şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, 16 yanvar Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 15-də 5-ci mikrorayonun ərazisində yerləşən “Çempion” çay evində qanunla qadağan olunmuş təriqətlərdən birini təbliğ etdiklərinə görə şəhər sakinləri İlkin Bəşirov, Ələkbər Zeynalov, Samir Məmmədkərimov, Hamlet Talıbov, Əlinur Atayev, Rasim Bədəlov saxlanılıb.
R.Bədəlovun şəhərin 8-ci mikrorayon ərazisindəki yaşadığı mənzilə baxış zamanı “AK-74” markalı avtomat, 1 ədəd avtomat darağı, 2 “F-1” qumbarası və 22 ədəd patron aşkar edilərək götürülüb.
Elvin Əhmədov
www.oxu.az