Bakıda bir neçə gün əvvəl həmcinsləri ilə cinsi əlaqəyə girib sonra onu döyən iki kişi saxlanılıb.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun verdiyi məlumata görə, hadisə Buzovna qəsəbəsində baş vermişdi.
Hadisəni törədən şəxslər artıq həbs edilib. Aprelin 24-də V.Şükürovun (ad, soyad şərtidir) 2 ədəd mobil telefonunu, noutbukunu və planşetini soyğunçuluq yolu ilə alan Fərid Ağayev (ad, soyad şərtidir) və Mürşüd Cəlilov (ad, soyad şərtidir) tutulub.
Maştağa sakini 1972-ci il təvəllüdlü V.Şükürov iki oğlanla tanış olub. Sonra onlar V.Şükürovun qohumunun Buzovna qəsəbəsində yerləşən evinə gediblər.
Evdə V.Şükürov öz istəyi ilə həmin adamlarla qeyri-təbii yolla cinsi əlaqədə olub. Naməlum şəxslər sonda V.Şükürovu döyüb, onun noutbukunu, planşetini və 2 mobil telefonunu götürüb gediblər.
E.Ə.
www.oxu.az