Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət Üzrə Dövlət Xidmətinin Dağıstan Respublikası üzrə ekspertləri Azərbaycandan gələn 7 600 kiloqramm gavalını sərhəddə saxlayıblar.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, ekspertlər meyvələrdə qadağa olunmuş maddə aşkarlayıblar.
Yoxlamalardan sonra yükün geriyə Azərbaycana qaytarılması barədə qərar qəbul edilib.
“Qanun pozucuları barəsində akt və protokol tərtib edilərək cərimə yazılıb”, - hüquq-mühafizə orqanlarından bildirblər.