Dağıstan gömrükçüləri Məhərrəmkənd gömrük məntəqəsində gömrük yoxlaması və əl yükünün qeydiyyatı zamanı deklarasiya edilməmiş müxtəlif dövlətlərə mənsub olan (21 ədəd) köhnə əskinazlar və (4 ədəd) sikkələr aşkar edib.
Oxu.Az RİA Dağıstan-a istinadən xəbər verir ki, əskinazların ən qədimi 1923-cü ilə aiddir. Sikkə və kağız əskinazlar Azərbaycan Respublikasının Rusiyadan vətənə dönən vətəndaşında aşkar edilib.
“Qanunsuz aparılan əskinaz və sikkələr müsadirə edilib, ekspert təhlili üçün göndərilib. Bundan sonra inzibati və ya cinayət işinin açılması barədə qərar qəbul ediləcək”, - Dağıstan gömrüyünün mətbuat xidmətindən bildiriblər.