Azərbaycan bu il də “Miss Exclusive of the World” gözəllik müsabiqəsində iştirak edəcək.
Bu haqda geniş açıqlamanı Oxu.Az-a tanınmış təşkilatçı Aqil Məmiyev verib.
“Ölkəmiz yenidən “Miss Exclusive of the World” dünya gözəllik yarışmasına qız model təmsilçisi göndərəcək. Kastinq yolu ilə seçilən gözəllərimiz təşkilatı Azərbaycan üzrə komitənin və müsabiqənin prezidentinin rəyinə əsasən ölkəmizi mötəbər yarışda təmsil edəcək.
Seçilən iştirakçılar arasında boy, bədən ölçüləri, xarici dil biliyi , gözəllik və s. detallara üstünlik veriləcək”.
Nəzərinizə çatdıraq ki, keçən il bu müsabiqədə ölkəmizi tanınmış aktrisa və model Tamilla Həmidova Təmsil etmişdi.
Bu il final mərhələsi isə avqust ayının 15-də İzmirdə keçiriləcək. Amma seçilən təmsilçilərimiz 25 iyuldan kampda iştirak üçün İzmirə yola düşəcəklər.
Kral TV ilə canlı yayımlanacak. Münsiflər heyətində Türkan Şoray, Uğurkan Erez, Serdar Ortaç, Çağla Şikel kimi məşhurların yer alacaq.
Yarışmada iştirak etmək istəyən xanımlar boy, yaş, bədən ölçülərini və ən yaxşı 5 yaxından və uzaqdan çəkilən rəsminizi aşağıda göstərilən mail ünvanına göndərə və qeyd olunana nömrə ilə əlaqə saxlaya bilərlər:
Mob: (055) 265 55 61
E-Mail: agilmemiyev@gmail.com

Aytən Sadıqzadə