16 fevral 1970-ci ildə İstanbulda dünyaya göz açan Sərdar Ortaç 1990-cı illərdə yaradıcılığı ilə Türkiyə pop musiqisinin zirvəsinə yüksələrək geniş coğrafiyada böyük şöhrət qazanıb.
Baku TV-nin məlumatına görə, qazandığı böyük sərvət, uğurlu karyerası və şəxsi həyatı zamanla qumar asılılığının təsiri ilə ciddi şəkildə zərər görüb.
Sağlamlıq problemləri, uğursuz nikahı və qanunsuz qumarla bağlı qalmaqallar sənətçinin həyatını getdikcə mürəkkəbləşdirib.
İllər ərzində internet üzərindən qumar oynamağa davam edən müğənni milyonlarını və sahib olduğu əmlakları itirib.
Bu gün keçmişinə nəzər salan ulduz qumar asılılığının həyatına ciddi zərər vurduğunu və bundan böyük peşmanlıq duyduğunu etiraf edir.