Azərbaycanda çoxlu sayda silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş Samir Babayevin evindən “Naqan” markalı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.
Oxşar əməliyyat Lerik rayonunda keçrilib. Lerik RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nurəvud kənd sakini Qurbanəli Babayevin evindən 1 ədəd nömrəsi silinmiş “Naqan” markalı tapança, 1 ədəd kustar üsulla hazırlanmış tapança, 1 ədəd idman tapançası, 1 ədəd qundağı kəsilmiş və 3 ədəd lüləsi kəsilmiş və nömrəsi silinmiş ov tüfəngləri, 3 ədəd kustar üsulla hazırlanmış bıçaq, 67 ədəd müxtəlif çaplı patron, 1,5 kiloqram qırma, 75 ədəd giliz və tüfəng üçün lülə və qundağlar aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
E.Ə.
www.oxu.az