70-ci illərin məşhur müğənnisi və söz yazarı Joni Mitchell-in səhhətində problem yaranıb.
Oxu.Az xəbər verir ki, ötən gecə Los Ancelesdəki evində huşunu itirən 71 yaşlı müğənni xəstəxanaya yerləşdirilib.
70-ci illərin məşhur mahnısı “Big Yellow Taxi” ilə tanınan müğənni xəstəxanada ciddi rejimdə saxlanılır.
Onun vəziyyəti haqqında hələlik dəqiq məlumat verilmir. Müğənninin rəsmi internet saytı və Twitter ünvanında isə oyandığı və əhvalının yerində olduğu yazılır.
Aytən Sadıqzadə