Azərbaycan Silahlı Qüvvələrinin daha bir hərbi qulluqçusu rüşvət ittihamı ilə həbs edilib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib.
Məlumata görə, Hərbi Dəniz Qüvvələrinin giziri Elxan Hacıyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinir. Onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, E.Hacıyev Hərbi Dəniz Qüvvələrinin giziri olub.
Onun korrupsiya əməlləri barədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Həmin məlumatlardan sonra E.Hacıyev ordudan tərxis edilib.