Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Daha bir rüşvətxor həbs edildi
“Ayla” Mənzil tikinti kooperativində yol verilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, MTK-nın təsisçisi Əli Abışovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kooperativin Suraxanı rayonu ərazisində inşa etdiyi yaşayış binasının 36 sakinindən binaya təbii qazın verilməsini və mənzillərə mülkiyyət hüququna dair sənədlərin alınmasını vəd edib aldadaraq ümumilikdə 75 min manat (təxminən 100 min ABŞ dollar) məbləğində pulu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb.
Ə.Abışov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilməklə “Ayla” MTK-nın vəzifəli şəxsləri tərəfindən aldadılmış vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
"MTK" teqi üzrə xəbərlər
- Evləri ola-ola "havada" qalan sakinlər - Dövlət qurumu nə tələb edir?
- Bu xəbərləri qaçırmayın: 17.08.2024-ün ən mühüm hadisələri
- Bakıda MTK ilə sakinlər arasında gərginlik: "Sənəd"lə görülən işə niyə etiraz edirlər?
- Bakıda giriş-çıxış davası: Vətəndaşla şirkətdən qarşılıqlı İTTİHAMLAR
- Bakının mərkəzində yeni tikililərdə SƏNƏD PROBLEMİ - VİDEO