Bakıda mühafizəçi qarət edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gecə saat 01.00 radələrində, rayonun Məzahir Rüstəmov küçəsi, ev 3-ün qarşısında qeydə alınıb.
Naməlum şəxs Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Rövşən Ramil oğlu İlyasova yaxınlaşaraq içərisində sənədlər və 600 manat olan pul kisəsini ondan alaraq hadisə yerindən uzaqlaşıb.
Polisdən, həmçinin bildirilib ki, R.İlyasov Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Nizami Rayon Şöbəsində mülki mühafizəçisi vəzifəsində işləyir.
Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.