Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti birgə əməliyyat keçirib, 1.6 kq narkotik maddə götürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.
Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində Cahid Mikayıl oğlu Novruzova məxsus ümumi çəkisi 1 kiloqram 630 qram narkotik maddə olan heroin Xəzər rayonu, Qala qəsəbəsində aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər