Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

DİN şadlıq evinin qarşısında “avtoşluq” edən şəxsi cəzalandırdı – VİDEO
Daxili İşlər Nazirliyi bir neçə gün öncə elektron KİV-də və sosial şəbəkələrdə Yasamal rayonundakı “Ağ Çiçəyim” şadlıq sarayının ətrafında naməlum sürücünün “VAZ-2107” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsini əks etdirən videogörüntüləri araşdırıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilənə görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, videogörüntülərdə nümayiş etdirilən avtoxuliqanlıq hərəkətlərini Bakı şəhər sakini, 21 yaşlı Əziz Əzimov özünəməxsus “VAZ-2107” markalı avtomobillə edib.
Ə.Əzimov saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim edilib. Yasamal rayon Məhkəməsinin qərarı ilə o, 15 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.

E.Ə.
www.oxu.az