Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

DİN və DSX-dən birgə əməliyyat: Küllü miqdarda narkotik maddə dövriyyədən çıxarıldı
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Biləsuvar rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı şərti adı N.B olan şübhəli şəxs saxlanılıb. Onun üzərindən 6 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 1800 ədəd metadon həbi aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- MÜTDA: "Son zəng"də təlimata əməl etməyən direktor və sinif rəhbərləri tənbeh ediliblər"
- Vətəndaşları şantaj edən sayt rəhbərlərinə hökm oxundu
- Paytaxtda taksi sürücülərinin etik davranışı ilə bağlı tədbir görüldü: Saxlanılanlar var
- Onlayn kredit götürmək istədi, qarşı tərəfin dələduzluğunun qurbanı oldu
- Nizami rayonunda tibbi maska ilə kamuflyaj olunaraq quldurluq edən şəxs saxlanılıb