Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxundu
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviçin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunaraq təqsirləndirilən şəxs 16 il 1 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Svetliçnıy İvan Nikolayeviç Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinir.
O, DTX tərəfindən şübhəli şəxs qismində saxlanılaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
Elgün Həsənli
"Dövlət Təhlükəsizliyi Xidməti (DTX)" teqi üzrə xəbərlər
- Dövlətə xəyanətdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarıldı
- Prezidentdən İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası ilə bağlı SƏRƏNCAM
- DTX-dən XÜSUSİ ƏMƏLİYYAT - Çox sayda terrorçu xaricdə ƏLƏ KEÇİB
- MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət edib
- Dövlət Təhlükəsizliyi Xidmətində Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub