Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiyalı alim Xəzər dənizindəki adaya ekspedisiya zamanı itkin düşüb
Rusiya Coğrafiya Cəmiyyətinin Həştərxan bölməsinin rəhbəri Pyotr Buxaritsin Xəzər dənizinin şimalında, yaşayış olmayan Ukatnı qum adasına ekspedisiya zamanı yoxa çıxıb.
Oxu.Az-ın İzvestiya.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Kalmıkiya Respublikası və Həştərxan vilayəti üzrə Sərhəd İdarəsindən məlumat verilib.
"Qurumun əməkdaşları Xəzər flotiliyası tərəfindən təşkil edilən axtarış tədbirlərində iştirak edirlər. Bir sərhəd gəmisi və iki qayıq cəlb edilib", - deyə idarənin rəsmi nümayəndəsi Olqa Nikeşina bildirib.
Qeyd edək ki, Buxaritsin Ukatnıda Xəzər dənizinin sahil zonasının şimal hissəsinin xəritəsinin çəkilməsi üzrə ekspedisiyaya rəhbərlik edirdi. Alimin 76 yaşı olduğu bildirilir.
"Xəzər dənizi" teqi üzrə xəbərlər
- Xəzər dənizində zəlzələ oldu
- İranda Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndə təyin edilib
- Lökbatan hövzəsi üzrə magistral kanalizasiya kollektorları tikiləcək
- Tullantı sularının Xəzər dənizinə axıdılması ilə bağlı yayılan görüntülər ARAŞDIRILDI - AÇIQLAMA
- Ekoloqdan GÖZLƏNİLMƏZ AÇIQLAMA: "Xəzər dənizi gizli borularla çirkləndirilir"