Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Dövlətə xəyanətdə təqsirləndirilən qadının məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Fidan Əliyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
“Report”un məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib.
O, özünü ittihamlarda təqsirli bilməyib.
Proses sentyabrın 25-də davam etdiriləcək.
İttihama görə, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü F.Əliyeva “Telegram№ sosial şəbəkəsində Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı ilə tanış olub. O, uzun müddət həmin şəxsə Azərbaycan haqqında məlumatlar verib, foto və videogörüntülər göndərib.
F.Əliyeva Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Rəylər