Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş İdarəsinin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Oxu.Az-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 06.01.2014-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1985-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Hafiz Azad oğlu Xudaverdiyevə Bakı şəhəri B.Nuriyev küçəsi, ev 20/116, mənzil 27-də qeydiyyatda olan vətəndaş Asif Cavid oğlu Hüseynovun gətirdiyi sovqata baxış keçirilən zaman xurmaların içərisində gizlədilmiş 1 (bir) ədəd sellofana bükülmüş çəkisi 1,5 qram olan narkotik maddə “Tiryək” və 1 (bir) ədəd sellofana bükülmüş ümumi çəkisi 2,5 qram olan narkotik maddə - “Marixuana” aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.