Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əhməd Əhmədovun vəkili: "Mülk söhbətləri yazılmasın"
"Əhməd Əhmədovun hüquqi varisinin kim olacağı sirr kimi qalır. Məhkəmə prosesinin sonunda bu barədə məlumat veriləcək".
Oxu.Az xəbər verir ki, bu sözləri Bakı Ağır Cinayətlər Məhkəməsində bugünkü proses zamanı Əhməd Əhmədovun vəkili və nümayəndəsi Sənan Hüseynov deyib.
O bildirib ki, növbəti məhkəmə prosesində zərərçəkmişin ifadəsi açıqlanacaq və hüquqi varislərinin dindirilməsi olacaq:
"Hüquqi varisin kim olacağı hələ sirr kimi qalır. Məhkəmənin sonunda bu barədə məlumat verəcəyəm. Ə.Əhmədov proses çərçivəsində özünü təqsirli bildi. İctimaiyyətdə ailənin mülk məsələsi ilə bağlı fikir formalaşıb. Artıq dərəcədə xahiş edirik ki, mülk söhbətləri yazılmasın, ailənin yaxınları da bu məsələdən dolayı çox əziyyət çəkirlər", - deyə vəkil Sənan Hüseynov qeyd edib.
Könül Cəfərli
"Əhməd Əhmədov" teqi üzrə xəbərlər
- Əhməd Əhmədovla bağlı çıxarılan hökm qüvvəyə mindi - Heç kəs şikayət verməyib
- Türkiyədə "Əhməd hadisəsi": Gənc qız məktəb direktoru olan anasını öldürdü, ailə üzvlərini yaraladı
- Əhməd Əhmədovun müzakirələrə səbəb olan məhkəmə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 10.10.2024-ün ən mühüm hadisələri
- Əhməd Əhmədovla bağlı qərarın doğurduğu suallar: Sağalsa, həbs olunacaq?
Rəylər