Bakının Qaradağ rayonunda əmisini öldürməyə cəhd etməkdə təqsirləndirilən Nəcməddin Şahverdiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə Nəcməddin Şahverdiyevin ağır psixoloji pozuntusu olduğu üçün onun məcburi müalicəyə göndərilməsi ilə bağlı qərar qəbul olunub.
O, sağaldıqdan sonra mühakimə olunacaq və barəsində yekun hökm çıxarılacaq. N.Şahverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbiri isə qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2023-cü ildə Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində baş verib. Məlumata görə, 1995-ci il təvəllüdlü Nəcməddin Şahverdiyev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı əmisi, 1976-cı il təvəllüdlü Ərəstun Şahverdiyevi bıçaqlayıb.
Nəcməddin Şahverdiyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Elgün Həsənli