Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Eşqi Bağırovdan cinayət törətməkdə şübhəli bilinən direktor müavini ilə bağlı AÇIQLAMA
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov cinayət törətməkdə şübhəli bilinən 55 nömrəli məktəbin direktor müavini Elsevər İslamovla bağlı məsələyə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, agentlik direktoru məsələnin hazırda araşdırıldığını vurğulayıb.
“Biz yekun nəticəni gözləyirik. Bildiyim qədər ilə həmin şəxs artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub. Ümid edirəm ki, ədalətli qərar olacaq”.
E.Bağırov onu da qeyd edib ki, E.İslamov uzun müddətdir, direktorun tədris işləri üzrə müavini kimi fəaliyyət göstərir, pedaqoji fəaliyyətlə məşğul olmayıb.
Qeyd edək ki, Müsavat Partiyasının itkin düşmüş fəalı Natiq Mehdi qətlə yetirilib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata əsasən, onun iş yoldaşı 1966-cı il təvəllüdlü Elsevər Eldar oğlu İslamov tərəfindən şəxsi münasibətlər zəminində öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.
Könül Cəfərli
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Salyanda ərini doğramaqda təqsirləndirilən qadın sərbəst buraxıldı, oğlu saxlanıldı
- Ağstafada dəhşətli qətl: Qadın öldürüldü, 3 900 manatı oğurlandı
- Şamaxıda QƏTL: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir"
- Azərbaycanda tanınmış həkimin qızı ilə bağlı dəhşətli iddia: Ərini öldürüb doğradı
- İki rəfiqənin dəhşət saçan qətl planı: "Hazırlaş, gedirik"
Rəylər