Gədəbəy rayonunun Söyüdlü kəndi ərazisindən silah-sursat tapılıb.
Bu barədə Oxu.Az-a DİN-nin mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, Gədəbəy RPŞ əməkdaşları tərəfindən Söyüdlü kəndi ərazisindən 1 ədəd nömrəsi silinmiş “Voltra” markalı tapança, 1 ədəd “F-1” qumbarası, 1 ədəd patron darağı və 65 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.