Bakıda qətl törədilib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, Nəsimi rayon prokurorluğundan verilən məlumata görə, hadisə Ruhulla Axundov küçəsi bina 6 mənzil 10 ünvanında qeydə alınıb.
Fərdi yaşayış evində yaşayan 1979-cu il təvəllüdlü Abbasov Rabil Qabil oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1993-cü il təvəllüdlü Bağırova Səadət Əlikram qızını bıçaqlayaraq qətlə yetirib.
Rabil Abbasov mərhum arvadını çox sevdiyini deyib: “Mən onu çox istəyirdim. Necə lazımdır, baxmışam ona”.
21 yaşlı Səadət xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Saxlanılan şəxs ifadəsində həyat yoldaşının mobil telefonda mesaj yazdığının şahidi olduğunu deyib: “Yuxudan ayıldım, gördüm telefonda nəsə edir. Məni gördü, gizlətdi. Telefonu götürdüm, gördüm oğlanla yazışır. Mənə xəyanət edir. Xəyanət etdiyi üçün də ölməli idi”.
Qeyd edək ki, bu onların hər ikisinin ikinci nikahı olub. Birgə nikahdan iki övladları olub. İdarədən verilən məlumata görə, heç bir yerdə işləməyən Abbasov əvvəllər xuliqanlıq və narkotik vasitələrdən istifadə, daşıma və satma maddəsi ilə məhkum olunub.
12:53
Bakıda Qurban bayramı günü ailə münaqişəsi zəminində baş vermiş qətlin təfərrüatı məlum olub.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, 35 yaşlı kişi özündən 14 yaş kiçik olan həyat yoldaşını azyaşlı övladlarının gözü qarşısında amansızlıqla öldürüb. O, dərhal evdən çıxaraq uzaqlaşıb.
Polis tərəfindən saxlanılan Rabil Abbasov həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib. Onun sözlərinə görə, həyat yoldaşının mobil telefonuna yad kişidən mesaj gəlib.
R.Abbasov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əvvəllər məhkum olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
11:45
Bakıda qətl törədilib.
Oxu.Az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1979-cu il təvəllüdlü Rabil Qabil oğlu Abbasov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səadət Əlikram qızı Bağırovanı bıçaqlayıb.
S.Bağırova ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Hadisəni törədən R.Abbasov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.