Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, Gəncədə gənc bıçaqlanaraq qətlə yetirilib.
Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, axşam saatlarında 20-25 yaşlarında gənc tibb müəssisəsinin cərrahiyyə şöbəsinə gətirilib.
Həkimlərin müayinəsi zamanı üzərində bıçaq yarası olan şəxsin dünyasını dəyişdiyi müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.