Gəncədə 64 yaşlı Laləzər Verdiyevanın qətlinin bəzi detalları məlum olub.
Baku TV-nin məlumatına görə, bazarda çalışan və L.Vediyevanı tanıyan şəxslər oğlunun tez-tez bazara gələrək anası ilə dalaşdığını və ondan pul tələb etdiyini deyiblər. Elə axırıncı mübahisənin də bu zəmində baş verdiyi güman edilir.
Qeyd edək ki, tanışlar qətli törətməkdə şübhəli bilinən şəxsin həmçinin narkotik aludəçisi olduğunu iddia edirlər.
Gəncə şəhərində bazarda törədilən qanlı olaya görə şübhəlinin kimliyi məlun olub.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında 1962-ci il təvəllüdlü Laləzar Verdiyeva bıçaqlamaqda şübhəli bilinən oğlu, 44 yaşlı Ramin İsmayılov saxlanılıb.
Samir Əli
Gəncə şəhərində 64 yaşlı qadın qətlə yetirilib
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən bazarlardan birində qeydə alınıb.
1962-ci il təvəllüdlü Laləzər Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, qadının qətlində oğlu şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.