Gəncə şəhərində qətl hadisəsi törədilib.
Oxu.Az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə aprelin 10-da saat 13 radələrində qeydə alınıb.
Gəncə şəhər 4 saylı Enerji Təchizat Stansiyasında işləyən, 1968-ci il təvəllüdlü Kifayət Əmir qızı Əhmədova iş yerində dayısı, 1938-ci il təvəllüdlü Qəzənfər İsaq oğlu İsgəndərov tərəfindən bıçaqlanıb.
Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
E.Ə.
www.oxu.az