Gəncədə dəhşətli qətl törədilib.
Oxu.Az xəbər verir ki, Gəncə Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə fevralın 19-da şəhərin Kəpəz rayonunda qeydə alınıb. Rayon sakini, 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova 9 aylıq oğlu Elmir Telman oğlu Hüseynovu həyətdəki su quyusuna atıb. Nəticədə uşaq boğularaq ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən M.Hüseynova həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
M.Hüseynova psixi xəstə olub.
10:30
Gəncədə dəhşətli qətl hadisəsi baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ana öz övladını boğaraq öldürüb.
Gəncə Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə şəhərin Kəpəz rayonu ərazisində qeydə alınıb.
Şəhər sakini, 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova aralarında yaranan mübahisə zəminində oğlu, 2005-ci il təvəllüdlü Elmir Telman oğlu Hüseynovu həyətyanı sahədə olan su quyusunda boğub.
Hadisə barədə məlumat alan hüquq-mühafizə orqanı əməkdaşları övladını öldürən Mətanət Hüseynovanı saxlayaraq istintaqa cəlb ediblər.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Hadisəni törədən qadının psixi problemlərinin olduğu bildirilir.
E.Ə.
www.oxu.аz