Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Gəncədə dörd nəfəri bıçaqlayan şəxslər saxlanılıblar
Gəncədə dörd nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Oxu.Az-ın məlumatına görə, Kəpəz Əliquliyev, Pərviz Eyvazov, Akif Rüstəmov və Əli Musayev bıçaqla müxtəlif xəsarətlər alıblar.
Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kəsici-deşici alətlə dörd nəfər şəxsə xəsarət yetirməkdə şübhəli bilinən Taleh Musayev və Cəfər Cəfərov saxlanılaraq istintaqa təhvil veriliblər.
İlhamə Əbülfət
Ən çox oxunanlar