Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Gəncədə kişi özünü bıçaqladı
Gəncədə 54 yaşlı kişi bıçaq xəsarəti alıb.
Oxu.Az "Unikal"a istinadla xəbər verir ki, hadisə şəhərin Bağman yaşayış massivində baş verib.
Şəhər sakini, 1970-ci il təvəllüdlü Azər Paşayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə dərhal yardım göstərilib, sonra o, əməliyyat edilib.
İlkin məlumata görə, 54 yaşlı kişi sərxoş vəziyyətdə özünə bıçaqla xəsarət yetirib. A.Paşayevin özünə hansı səbəbdən xəsarət yetirməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
"Gəncə şəhəri" teqi üzrə xəbərlər
- Gəncədə 30 manata görə qətl törədən şəxsə 17 il həbs cəzası
- Gəncədə bəzi attraksionların istismarı dayandırılıb
- Gəncədə qanunsuz qum-çınqıl daşıyanlar cərimələniblər
- Gəncənin tarixi-dini məbədləri: Əsrlərə meydan oxuyan abidələrlə bağlı GÖRÜLƏN İŞLƏR
- Gəncədə baş verən bıçaqlanma hadisəsi barədə təhsil idarəsindən AÇIQLAMA
Ən çox oxunanlar