Gəncə şəhər sakini evində ölü tapılıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
63 yaşlı Asim Yusifovun bıçaqla qətlə yetirildiyi ehtimal edilir.
Onun meyiti bu gün səhər saatlarında şəhər ərazisində yerləşən evindən aşkarlanıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
İlhamə Əbülfət