Ötən gün Gəncədə qadın qudası tərəfindən döyülüb.
Oxu.Az xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisəyə qudalar arasında yaranan narazılıq səbəb olub.
Hadisə rayonun Gülüstan qəsəbəsi ərazisində baş verib. Həmin qəsəbədə yataqxanada yaşayan, əslən Kəlbəcər rayonundan olan 39 yaşlı Tünzalə Nəsrəddin qızı Məmmədova qudası Rəfael Rəhbər oğlu Bayramovun evinə gedib. Qudalar arasında mübahisə yaranıb. Kişi qadını evində döyüb.
Döyülən Tünzalə Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Qadına yardım göstərilib.
Hadisəni törədən qudanın izahatı alınıb.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az