Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gəncədə qadın şəkilləri ilə şantaj edilib - Saxlanılan var
Gəncədə qadın şəkilləri və barəsində rüsvayedici məlumatların paylaşılması ilə hədələnib.
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Gəncə şəhər sakini olan bir xanım Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət edərək sosial şəbəkədə tanış olduğu Sadiq adlı şəxsin ona zəng edərək şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini və 3000 manat pul verməyi tələb etdiyini bildirib.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sadiq Salehov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Xaçmaza yeni polis rəisi təyin olunub
- Zaqatalada bıçaqlanma olub, saxlanılan var
- Dörd milyon manat necə ələ keçirilib? - Bıçaqlandığı deyilən sabiq prokuror müavininin də pulu gedib
- Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?
- 27 yaşlı oğlan arvadının şəkillərini başqa kişiyə göndərdiyini görüb ona XƏSARƏT YETİRDİ