Gəncədə qanunsuz olaraq odlu silah saxlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) Narkotiklərlə Mübarizə Bölməsinə Göygöl rayon sakini Fərahim Verdiyevin qanunsuz olaraq odlu silah saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilən şübhəli şəxsin Göygöl rayonunda yerləşən fərdi yaşayış evinə baxış keçirilib və oradan bir ədəd “AK-72” tipli avtomat, həmin avtomata aid 2 ədəd sandıqca, həmin silahın 2 ədəd ehtiyat hissəsi və 135 ədəd patron aşkar edilərək götürülüb.
Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.
Hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.