Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Gəncədə qanunsuz qum-çınqıl daşıyanlar cərimələniblər
Yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması və aşkarlanması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a bildirilib.
Məlumata görə, keçirilən tədbirlər zamanı şəhər ərazisində qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib, həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.
"Yerin təkindən qanunsuz istifadə" teqi üzrə xəbərlər
Ən çox oxunanlar