Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2107 markalı avtomobil yolu keçmək istəyən 2009-cu il təvəllüdlü Q.F-ni vurub. 13 yaşlı məktəbli xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.